Türkiyə prezidenti Özbəkistandadır

Türkiyə prezidenti Özbəkistandadır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən gecə Özbəkistana səfərə yola düşüb.

Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.

“Səmərqənd beynəlxalq aeroportunda yüksək səviyyəli qonağı Özbəkistan baş nazirinin müavini Adham İkramov qarşılayıb. Səfərin əsas tədbirləri bu gün nəzərdə tutulub”, - Özbəkistan dövlət başçısının mətbuat xidmətinin məlumatında deyilir.

Mətbuat xidmətinin məlumatına görə, Ərdoğan Özbəkistanın birinci prezidenti İslam Kərimovun məzarını ziyarət edəcək.

“Özbəkistan Respublikasının prezidentinin səlahiyyətlərini yerinə yetirən Şavkat Mirziyeyevin prezident Rəcəb Tayyib Ərdoğan ilə görüşündə iki ölkə arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə ediləcək, tərəfləri maraqlandıran aktual regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparılacaq”, - Özbəkistan rəhbərinin mətbuat xidmətindən qeyd ediblər.

N.O.

0
5