Bakının mərkəzində 107 min dollarlıq cinayət

Bakının mərkəzində 107 min dollarlıq cinayət

Bakıda mənzildən külli məbləğdə pul oğurlanıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə Bakının Xətai rayonu İsmayıl Məmmədov küçəsində yerləşən yeni tikilidə qeydə alınıb.

Belə ki, 1974-cü il təvəllüdlü Həbib Babayev hüquq-mühafizə orqanlarına müraciət edərək evdə olmadığı müddətdə 107 min ABŞ dolları pulunun oğurlandığını bildirib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

E.Ə.

0
9