Dollar, funt sterlinq bahalaşdı, avro isə ucuzlaşdı

Dollar, funt sterlinq bahalaşdı, avro isə ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan məzənnəsini açıqlayıb.

AMB-dən Oxu.Az-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 17-si ilə müqayisədə 0,31% bahalaşaraq 1,7091 manat təşkil edib.

Avro da manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 1,8225 manatdan 1,8128 manata düşüb. Rusiyanın milli valyutası rubl ötən günlə müqayisədə 0,0264 manatdan 0,0263 manatadək ucuzlaşıb.

Türkiyə lirəsinin məzənnəsi isə 0,5131 manatdan 0,5055 manatadək azalıb.

Məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1188 manatdan 2,1200 manatadək artıb. Gürcüstan larisinin məzənnəsi isə 0,6857 manatdan 0,6878 manatadək bahalaşıb.

U.A.

0
4