İŞİD yaraqlıları üç türk “Fırtına”sını vurdular – VİDEO

İŞİD yaraqlıları üç türk “Fırtına”sını vurdular – VİDEO

KİV ölən və yaralıların olduğunu bildirir.

“İslam dövləti” (İŞİD) terror qruplaşması sosial şəbəkələrdə tank əleyhinə raket kompleksi “Metis” ilə Türkiyənin T-155 “Fırtına” özüyeriyən qaubitsalarını vurmasını əks etdirən kadrları yayıb. 

Oxu.Az xəbər verir ki, hadisə aprelin 28-də səhər saatlarında baş verib. 

Qeyd edilir ki, hər üç qurğu atışma zamanı Türkiyə ərazisində olub. 

Türkiyə KİV-nin məlumatına görə, hücum Suriyanın Cerablus rayonundan Türkiyənin Qaziantep vilayətinin Türkyurd rayonuna edilib.

Türkiyə KİV-i hərbçilər arasında ölən və yaralıların, eləcə də hücumdan sonra İŞİD yaraqlıları ilə döyüşün olduğunu bildirirlər.

Hücumdan sonra aprelin 29-dan başlayaraq türk silahlı qüvvələri tərəfindən sərhəd xəttində və sərhədyanı ərazilərdə 15 gün müddətinə xüsusi tədbirlər tətbiq edilib.

0
14