Afinada tələbələr polisləri daş-qalaq etdi

Afinada tələbələr polisləri daş-qalaq etdi

Afina Politexnik Universitetində tələbə üsyanının amansızcasına yatırılmasının 43-cü ildönümünə həsr olunmuş yürüşün iştirakçıları polis əməkdaşlarına “Molotov kokteylləri” atıb.  

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə “NewsPeace” nəşri məlumat yayıb.

İnsident Patission küçəsində baş verib. Yürüşə qatılan 50-dək etirazçı polis əməkdaşlarına daş, “Molotov kokteylləri”, stullar və digər əşyalar atıb. Buna cavab olaraq, asayiş keşikçiləri gözyaşardıcı qazdan istifadə ediblər, saxlanılanlar var.  

Qeyd edək ki, 1973-cü ilin noyabrın 17-də Afina Politexnik Universitetində ölkəni idarə edən "qara polkovniklər"in faşist xuntasına qarşı baş vermiş tələbə üsyanı qəddarlıqla yatırılmışdı.

0
6