Obamadan Rusiyaya sərt ittiham: "Dəlillərimiz var..."

Obamadan Rusiyaya sərt ittiham: "Dəlillərimiz var..."

Vaşinqtonda Rusiyanın ABŞ-a qarşı törədilən kiberhücumlarla əlaqəsini təsdiqləyən dəlillər var.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Barak Obama ötən gün Berlində Almaniya kansleri Angela Merkellə birgə mətbuat konfransında bildirib.

“Bizdə Rusiyanın kiberhücumarda iştirakını təsdiqləyən konkret dəlillər var”, - deyə Obama qeyd edib. O, söhbətin konkret hansı kiberhücumardan getdiyini dəqiqləşdirməyib.

“Bu yeni hal deyil və bununla tək Rusiya məşğul olmur. Kiberhücumlar digər ölkələrdə də, lakin daha aşağı səviyyədə həyata keçirilib”, - deyə Obama qeyd edib.  

0
4