Tramp 92 yaşlı eks-dövlət katibi ilə görüşdü

Tramp 92 yaşlı eks-dövlət katibi ilə görüşdü

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp  sabiq dövlət katibi Henri Kissincerlə görüşüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Tramp  Riçard Nikson və Cerald Fordun prezidentliyi dövründə ali diplomatik vəzifədə çalışmış 92 yaşlı  Henri Kissincerlə görüş zamanı Rusiya, Çin, İran və Aİ-ni müzakirə edib.

“Mənim Kissincerə böyük hörmətim var və fikirləri ilə bölüşdüyü üçün ona çox minnətdaram”, - deyə Tramp qeyd edib.  

0
9