Türkiyədə mədəndə partlayış: ölənlər var

Türkiyədə mədəndə partlayış: ölənlər var

Türkiyənin Siirt əyalətində fəaliyyət göstərən mis mədənində şaxta uçub, nəticədə 4 nəfər ölüb.

APA-nın “CNN Turk”ə istinadən verdiyi xəbərə görə, Şirvanda yerləşən şaxtada uçqun partlayış nəticəsində baş verib.

Hadisə yerinə çoxlu sayda təcili yardım maşını cəlb olunub.

Səkkiz yük maşını və 3 mədən qurğusunun yerin altında qaldığı bildirilir.

Şaxtada daha 15 mədənçinin qaldığı bildirilir.

0
7