Rusiya və Fransa Minsk qrupunun fəaliyyətini müzakirə ediblər

Rusiya və Fransa Minsk qrupunun fəaliyyətini müzakirə ediblər

Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Fransanın xarici işlər naziri Jan-Mark Eyro arasında telefon danışığı olub.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Rusiya XİN-in rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.

Nazirlər Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətini müzakirə ediblər.

XİN rəhbərləri Rusiya- Fransa münasibətlərinin hazırkı vəziyyətinə dair fikir mübadiləsi aparıblar.

S.B.

0
7