Məktəbli qızı zorlamaqda ittiham edilən direktor azadlıqda

Məktəbli qızı zorlamaqda ittiham edilən direktor azadlıqda

Zərdab rayonunda şagirdini zorlamaqda ittiham olunun məktəb direktoru Ceyhun Tofiqli sərbəts buraxılıb.

Oxu.Az xəbər verir ki, bu barədə AzNews.az-a zorlandığı iddia edilən 11-ci sinif şagirdinin atası, Zərdab rayon Şahhüseynli kənd sakini Rəmzi Abduləliyev bildirib. Ata məsələ ilə bağlı Pespublika Prokurorkuğuna müraciət edəcəyini deyib:

“Onu nə əsasla, hansı qərarla buraxıblar, bilmirəm. Prokurorluğa şikayət ərizəsi yazmışam. Zərdabda işə soyuq yanaşırlar. Direktor hazırda kəndədir.”

R.Abduləliyev qeyd edib ki, 12 yaşlı qızın gələcəyi var:

“Gənc qızın taleyi ilə oynayırlar. Mən bunu belə qoymayacam.”

Xatırladaq ki, Zərdab rayon Şahhüseynli kənd orta məktəbinin direktoru Ceyhun Tofiqli bir neçə gün əvvəl həbs edilmişdi. O, şagirdi zorlamaqda ittiham olunub.

S.B.

0
18