Braziliyada hərbi diktaturanı qaytarılmasını tələb edirlər

Braziliyada hərbi diktaturanı qaytarılmasını tələb edirlər

Hərbi diktaturanən qaytarılmasını tələb edən onlarla etirazçı Braziliyanın Parlamentinin aşağı palatasının binasına daxil olub.

Oxu.Az bu barədə BBC-yə istinadən xəbər verir.

Etiraz aksiyasnın ən azı 40 iştirakçısı mühafizəçiləri sıxışdıraraq, şüşə qapını sındırıb və deputatlar palatasının tribunasını zəbt ediblər. Onlar hökuməti korrupsiyada ittiham edərək, 1964-cü ildən 1985-ci ilə qədər qurulmuş hərbi diktaturanın qaytarılmasını tələb ediblər.

Etiraz edənlər “Generalı gətirin!” şüarını səsləndirərək milli himni oxuyurdular.

Polis mühasirəyə və aksiya iştirakçılarının saxlanılmasına üç saat vaxt sərf ediblər.

Son zamanlar Braziliya prezident Russefin impiçmentinə görə, siyasi böhran keçirirlər. Ölkədə məvacibin ödənilmədiyinə görə fəhlələrin nümayişləri keçirilir.

N.O.

0
10