Mogerini: Aİ Rusiyanın Roma statutundan çıxmasına təəssüflənir

Mogerini: Aİ Rusiyanın Roma statutundan çıxmasına təəssüflənir

Aİ diplomatiyasının rəhbəri Federika Mogerini bəyan edib ki, Avropa İttifaqı Rusiyanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutundan iştirakdan imtina etməsinə təəssüflənir.

Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.

“Biz prezident Vladimir Putin tərəfindən dünən Rusiya Federasiyasının imzasını geri götürməyə və Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutundan çıxmaq qərarını imzalamasına təəssüflənirik”, - Mogerininin bəyanatında deyilir.

Daha öncə Putin Rusiyanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunda iştirak etməyəcəyinə dair qərar imzalayıb.

Filippin prezidenti Rodriqo Duerte də Rusiyanın ardınca Beynəlxalq Cinayət Məhkəməsini tərketmə niyyətini bəyan edib.

N.O.

0
10