Parkomatlar təzə qəpikləri qəbul etmir – SƏBƏB

Parkomatlar təzə qəpikləri qəbul etmir – SƏBƏB

Bakıda quraşdırılmış parkomatlar yeni istehsal olunmuş qəpikləri qəbul etmir.

Oxu.Az Avtosfer.az-a istinadən xəbər verir ki, yeni parıldayan dəmir pullar parkomata və “Bakı Kart” terminiallarına daxil edildikdə yararsız pul kimi geri qayıdır.

Parkinq nəzarətçiləri köhnə qəpiklərdən seçib sürücülərə kömək etsələr də, bu, sürücülərin və nəzarətçilərin işini çətinləşdirir. Ehtimal olunur ki, yeni qəpiklərin ölçüləri və çəkisi əvvəlkilərdən fərqləndiyi üçün bu problem yaranıb.

A.M.

0
4