Samirə hansı müğənniləri tənqid etdi?

Samirə hansı müğənniləri tənqid etdi?

Aşıq Samirə Əliyeva müğənniliyi tənqid edən bir çox şou-biznes əhlinə ultimatum göndərib. Lent.az-ın məlumatına görə, aşıq “Ondan sonra” verilişində bildirib ki, bir çox müğənnilər ifaçılıqla pul qazansalar da müğənniliyi bəyənmirlər: “Münasibətim olan sənət dostuma verilişdə məsləhət vermərəm. Sözüm varsa, zəng vurub deyərəm. Amma bəziləri bunu efirdə edir. Bəziləri də müğənniliyi bəyənmirlər, amma şou aləmdədirlər, buranın çörəyini yeyirlər. Müğənniliyi pisləyirsənsə, niyə onda bu sənətdəsən? Məni sənət “mən” edib, necə pisləyim? Bunu kimlər edib adlarını açıqlamayacam. Amma burdan səslənirəm, özləri dərs götürsünlər”.

0
7