Akif Çovdarov: Digərlərini buraxın, nəyi desəniz, imzalayım

Akif Çovdarov: Digərlərini buraxın, nəyi desəniz, imzalayım

Bu gün günün ikinci yarısında Sabunçu rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə A.Çovdarovun vəkilləri cinayət işinə xitam verilməsi, həbs qətimkan tədbirinin ləğv edilməsi, onun azadlığa buraxılması, onun barəsində tibbi ekspertiza təyin edilməsi, ekspertlərin xaricdən gətirilməsi barədə vəsatətlər veriblər.

Məhkəmə ekspertiza barədə vəsatəti qismən təmin edib. Bildirilib ki, ekspertiza təyin olunacaq, lakin xaricdən ekspertlər dəvət olunmayacaq.

Digər vəsatətlər isə təmin edilməyib. A.Çovdarov isə qısa çıxış edərək digər təqsirləndirilən şəxslərin azadlığa buraxılmalarını istəyib:

“Onları buraxın, nəyi desəniz imzalayım”.

Bundan sonra iş üzrə məhkəmə baxışının başlanmasına qərar verilib. Prokuror ittiham aktını elan etməyə başlayıb. Hazırda iclas jurnalistlərin iştirakı olmadan davam etdirilir.

E.Ə.

0
9