İŞİD yaraqlıları Mosul ətrafında 300 sabiq polisi qətlə yetiriblər

İŞİD yaraqlıları Mosul ətrafında 300 sabiq polisi qətlə yetiriblər

“İslam dövləti” terror qruplaşmasının yaraqlıları Mosulun cənubunda 300-dən çox sabiq İraq polisini öldürüblər.

Oxu.Az xəbər verir ki, bu barədə “Human Rights Watch”ın hesabatına istinadən “Reuters” məlumat yayıb.

Yerli sakinlərin məlumatına görə, onlar güllələnmiş və başları kəsilmişdi. Qətlə yetirilənlər qardaş məzarlığında dəfn ediliblər.

Daha öncə Mosulun yaxınlığında terrorçuların qurbanlarının məzarlığı aşkar edilmişdi.

N.O.

0
8