Mirşahin ölkəni tərk edib? – SƏBƏB + FOTO

Mirşahin ölkəni tərk edib? – SƏBƏB + FOTO

ANS Şirkətlər Qrupunun vitse-prezidenti, telejurnalist Mirşahin Ağayevin Azərbaycanı tərk etməsinin səbəbi məlum olub.

Oxu.Az xəbər verir ki, ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov Publika.az-a açıqlamasında deyib ki, Mirşahin Ağayev müayinə olunmaq üçün Türkiyəyə gedib.

“Mirşahin Ağayev xaricə birdəfəlik getməyib, 3-4 günə qayıdacaq. O, Türkiyəyə müayinə olunmaq üçün gedib”.

Xatırladaq ki, bir neçə saytda Mirşahin Ağayevin ölkəni tərk etməsini əks etdirən fotosu yayımlanıb.

A.M.

0
6