Türk kinosunun tanınmış siması vəfat etdi

Türk kinosunun tanınmış siması vəfat etdi

Uzun illər “Yeşilçam”a xidmət edən, “Kaynanalar” serialındakı sürücü Dursun obrazı ilə tanınan aktyor Mete Dönmezer dünən 69 yaşında vəfat edib.

Oxu.Az Hürriyet-ə istinadla xəbər verir ki, bu haqda müğənni Zeliha Sunal “Bir müddət əvvəl iflic keçirən və son illərində qocalar evində yaşayan teatr, kino və dublyaj sənətçisi Mete Dönmezeri itirdik” şərhini yazaraq sosial şəbəkədə paylaşım edib.

1947-ci ildə Ankarada anadan olan Mete Dönmezer çoxlu sayda film və serialda rol alıb. Aktyor 2010-ci ildə 2-ci Kiyev Beynəlxalq Film Festivalında “Kız kardeşim” filminə görə “Ən yaxşı köməkçi aktyor” mükafatını alıb.

Aytən Sadıqzadə

0
11