FED rəhbəri Trampın qələbəsindən sonra ilk dəfə çıxış edəcək

FED rəhbəri Trampın qələbəsindən sonra ilk dəfə çıxış edəcək

Cannet Yellendən bu gün önəmli açıqlamalar gözlənilir.Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Cannet Yellenin bu gün Bakı vaxtı ilə saat 19:00-da ABŞ-ın yeni prezidenti seçildikdən sonra ilk çıxışı gözlənilir.

Oxu.Az Report-a istinadən xəbər verir ki, C.Yellenin bugünkü çıxışında yeni iqtisadi siyasət fonunda uçot dərəcəsinin artırılmasının perspektivləri barədə fikirlər səslənəcək.

İnvestorlar FED-in açıqlamaları ərəfəsində qızılın alışını, dolların isə satışını artırıblar. ABŞ-ın yeni prezidentinin büdcə stimullaşdırılmasının artırılması qərarı nəticəsində inflyasiyanın sürətlənməsi, bunun da öz növbəsində monetar siyasəti sərtləşdirilməsi gözləntilərinə baxmayaraq, investorlar bir qədər ehtiyatla davranaraq risksiz aktivlərə maraq göstərirlər.

Xatırladaq ki, hazırda qızılın unsiyasının qiyməti 1228 dollar, USD/EUR məzənnəsi isə 1,0715 təşkil edir.

U.A.

0
8