Qazaxıstanda terror aktı haqqında məlumata görə pul ödəniləcək

Qazaxıstanda terror aktı haqqında məlumata görə pul ödəniləcək

Qazaxıstanda terror aktının qarşısının alınmasına yardım edəcək informasiyaya görə pul mükafatının verilməsi qaydaları təsdiqləndi.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, hökumətin müvafiq qərarı cümə günü rəsmi KİV-də dərc edilib.

Qaydalar 2017-ci ilin yanvar ayının 1-də qüvvəyə minəcək. Sənəddən də görünür ki, mükafatın həcmi qarşısı alınan terror aktının növündən asılıdır və hazırda 1,515 milyon tengedən (4,5 min ABŞ dolları) 2,021 milyon tengeyə (6 min ABŞ dolları) qədərdir. Pullar ittiham hökmünün qüvvəyə minməsindən sonra ödəniləcək.

N.O.

0
6