Rusiya bazarlarına nəzarət “Diplomat” və “Quli”yə keçdi

Rusiya bazarlarına nəzarət “Diplomat” və “Quli”yə keçdi

“Bəzi KİV-də Moskvadakı etnik kriminal qruplaşmalar arasında “göyərti bazarı” uğrunda mübarizənin kəskinləşməsi barədə xəbərlər sifarişli xarakter daşıyır”.

Oxu.Az xəbər verir ki, “Praym Kray” ilə əlaqəyə girən “qanuni oğru”nun nümayəndəsi belə hesab edir.

Sirr deyil ki, Rusiyada və digər postsovet ölkələrində kənd təsərrüfatı məhsullarının ticarəti, adətən, azərbaycanlıların inhisarında olub.

Onun sözlərinə görə, hələ Lotu Bəxtiyarın vaxtından bu bazarlardan gələn gəlirlər azərbaycanlı oğrular arasında bərabər bölünüb. Amma Seymur, Hikmət, Çingiz öldürüləndən sonra bu proporsiya pozuldu. Rövşən Lənkəranski hər şeyi özü götürəsi oldu.

Rövşənin qətlindən sonra onun mirasına sahib olmaq istəyən Kaxa Parpaliya və Levan Canqveladze, onun qardaşı Merab azərbaycanlılar tərəfindən qəbul edilmədi. Çünki azərbaycanlılar onların hamisi kimi gürcüləri yox, öz həmvətənlərindən birini görmək istəyirdilər.

Hazırda isə bazarlara Rövşənin iki qatı düşməni Vaqif Süleymanov (“Diplomat”) və Nadir Səlifov (“Quli”) nəzarət etməyə başlayıb. Ona görə də son vaxtlar bazar uğrunda müharibələr səngiyib, bu ən azından Qulinin azadlığa çıxacağı günə qədər davam edəcək.

N.O.

0
10