Şamaxıda ana doğuş vaxtı öldü

Şamaxıda ana doğuş vaxtı öldü

Bu gün Şamaxı rayonunda ana ölümü qeydə alınıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə baş verib.

Artıq hadisə ilə bağlı Doğuşayardım Komissiyasına məlumat daxil olub. Sabah komissiyanın mütəxəssisləri Şamaxıya gedəcək və ölümün səbəbləri yerində araşdırılacaq.

Ana ölümünün dəqiq səbəbləri Doğuşayardım Komissiyasının araşdırmalarından sonra məlum olacaq və bu barədə ictimaiyyətə açıqlanacaq.

E.Ə.

0
5