Ağacan Əbiyev Bakıdakı gecə klublarını sərt tənqid edib

Ağacan Əbiyev Bakıdakı gecə klublarını sərt tənqid edib

Azərbaycan Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin bu gün keçirilən iclasında deputat Ağacan Əbiyev Bakıdakı gecə klublarını sərt tənqid edib.

Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, deputat gecə klublarının gəncliyi uçuruma apardığını bildirib.

Onun fikrincə, həddi-buluğa çatmamış uşaqlar restoranlarda, barlarda gecə saat 12-yə kimi qalırlar, maneəsiz içəri buraxılırlar, halbuki bu yaşdakı yeniyetmələr barlarda yox, idman zallarında olmalıdırlar.

Millət vəkili qeyd edib ki, yeniyetmələr sağlam olmaq idmanla məşğul olmalıdırlar:

“İdman gənclərimizin həyat tərzinə çevrilməlidir. Barlara getməklə heç nə olan deyil. Yiyəsi də başa düşsün ki, 18 yaşına çatmamış şəxsi saat 12-də barda saxlamaq olmaz. Bu məsələyə görə barların yiyələri cavabdehlik daşımalıdırlar.

Onlar gənclərin həyatını pozurlar. Bu uşaqlar gününü kitabxanalarda, idman zallarında keçirməlidir. Valideynlər çalışmalıdırlar ki, gənclərimiz bugünkü gənc alimlərimizdən, idmançılarımızdan nümunə götürsünlər”.

Sosial səhifələrd

E.Ə.

0
5