“Huawei” Şirkətindən Azərbaycan muzeylərində açıq qapı günləri

“Huawei” Şirkətindən Azərbaycan muzeylərində açıq qapı günləri

“Huawei” şirkəti Baksel ilə birlikdə Gözəl Mədəniyyət layihəsi çərçivəsində Azərbaycanın bütün sakinlərinə ölkəmizin zəngin və bənzərsiz mədəniyyəti ilə tanış olmağı və Açıq qapı günlərində muzey və mədəniyyət mərkəzlərini ödənişsiz ziyarət etməyi təklif edir.

Oxu.Az, layihədə iştirak edən muzey, mədəniyyət mərkəzləri və onların ziyarət edilə biləcəyi tarixlər təqdim edir:

18-20 Noyabr - Azərbaycan Xalça Muzeyi

25-27 Noyabr - Milli Azərbaycan Tarix Muzeyi

2-4 Dekabr - Şirvanşahlar Sarayı Kompleksi

9-11 Dekabr - Azərbaycan Milli İncəsənət Muzeyi

Bu layihə Baksel şirkətinin, Azərtac informasiya agentliyinin və Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə, Azərbaycan və Çin arasında mədəni və iqtisadi əlaqələrin möhkəmləndirilməsi məqsədilə hazırlanmış Gözəl Azərbaycan layihəsi çərçivəsində həyata keçirilir.

A.M.

0
13