35 illik dostu: İbrahim Tatlıses evlənməyə hazırlaşır - FOTO

35 illik dostu: İbrahim Tatlıses evlənməyə hazırlaşır - FOTO

İbrahim Tatlısesin 35 illik dostu Aydemir Akbaş məşhur müğənninin evlənməyə hazırlaşdığını söyləyib.

Oxu.Az Haberler.com-a istinadla xəbər verir ki, A.Akbaş jurnalistlərə müsahibəsində “İbrahim yaxın vaxtlarda evlənəcək. Mən də nikah şahidi olacağam. Çox xoşbəxtdir. Onu belə görmək gözəldir” deyib.

Xatırladaq ki, carin ilin yay aylarında Türkiyə mətbuatında İbrahim Tatlısesin illərdir meneceri kimi çalışan Damla Buket Çakıcı ilə evlənməyə hazırlaşdığı xəbərləri yayılmışdı.



Qeyd edək ki, İbrahim Tatlısesin ilk evliliyi Urfada Adalet Durak ilə olub. Cütlüyün bu nikahdan üç övladı dünyaya gəlib.



1979-cu ildə “Kara yazma” filmində tanış olduğu aktrisa Perihan Savaş ilə evliliyindən Melek Zübeyde adında bir qızı var.



1983-cü ildə “Günah” filminin çəkilişləri ərəfəsində tanış olduğu Derya Tuna ilə münasibətlərindən “İdo” (İbrahim) adlı oğlu dünyaya göz açıb.



27 sentyabr 2011-ci ildə Ayşegül Yıldızla xəstəxanada evlənib. Cütlüyün nikahını Şişli Bələdiyyə başçısı Mustafa Sarıgül kəsmiş, Fatih Terim də nikah şahidi olmuşdu.


2013-cü ilin noyabrında Ayşegül Yıldızdan boşanıb. Onların Elif Ada adlı bir qızı var.

Aytən Sadıqzadə

0
6