“Sınıq Körpü” gömrük postu gücləndirilmiş iş rejiminə keçdi

“Sınıq Körpü” gömrük postu gücləndirilmiş iş rejiminə keçdi

Gürcüstanla Rusiya arasındakı magistral yolda əlverişsiz havaşəraiti ilə əlaqədar yük nəqliyyat vasitələrinin və avtobusların hərəkəti qadağan edilib.

Bu barədə Oxu.Az-a Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib.

“Gürcüstan ərazisindən keçərək Rusiyaya gedən bu qəbildən avtomobillərin təyinat nöqtələrinə çatmaq üçün Azərbaycan ərazisindən keçəcəyi və müəyyən sıxlığın yaranacağı ehtimalını nəzərə alaraq Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən “Sınıq Körpü” gömrük postu qabaqlayıcı tədbir kimi gücləndirilmiş iş rejiminə keçib”, - deyə komitədən qeyd edilib.

DGK həmçinin vurğulayır ki, hələlik gömrük postunda heç bir sıxlıq müşahidə olunmur.

U.A.

0
6