Sarkisyan: Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır

Sarkisyan: Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, amma hesab edir ki, Dağlıq Qarabağ problemi həll edildikdə xalqların öz müqəddaratını hüququ nəzərə alınmalıdır.

Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan prezidenti Serj Sarkisyan “Rossiya seqodnya” (“Rusiya bu gün”) BİA-nın baş direktoru Dmitri Kiselyova verdiyi müsahibəsində bildirib.

“Biz istənilən ölkənin, o cümlədən də Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq. Amma xalqların öz müqəddaratını həll etməsi heç bir hlada ərazi bütövlüyünə təzad doğurmur, çünki ərazi bütövlüyü dövlətlərarası münasibətlərə aiddir, öz müqəddaratını həll etmə isə sivil dünyada kompakt şəkildə yaşayan xalqa aiddir”, - o deyib.

Sarkisyan bəyan edib ki, Yerevan və Bakı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə sənədin imzalanmasına yaxın olublar.

“Qarabağ münaqişəsinin həlli yalnız kompromislər və ATƏT-in Minsk qrupu tərəfindən hazırlanmış üç nizamlanma prinsipi əsasında mümkündür”, - Serj Sarkisyan bəyan edib.

“Əlbəttə, qərar var və biz anlayırıq ki, o kompromislərə əsaslanmalıdır, bu, Ermənistanın, Azərbaycanın və ya Qarabağın qalib olacağı hal deyil”, - o deyib.

N.O.

0
7