Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 7-9, gündüz 10-12° isti, Bakıda gecə 7-9° isti, gündüz 10-12° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 774 mm civə sütununa yüksələcək.

Nisbi rütubət 85-95% təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza görə, noyabrın 17-si axşamdan ayın 20-dək Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda rütubətli və tutqun hava şəraitinin üstünlüyü bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında isə arabir yağış yağacağı, duman olacağı gözlənilir. Bəzi dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Gündüz qərb rayonlarından başlayaraq yağıntı tədricən kəsiləcək. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 8-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti olacağı gözlənilir.

N.О.

0
5