Nəsibə Zeynalovanın yubiley gecəsi keçiriləcək

Nəsibə Zeynalovanın yubiley gecəsi keçiriləcək

Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, gülüş ustası, Dövlət mükafatı laureatı, xalq artisti Nəsibə Zeynalovanın anadan olmasının 100 ili qeyd ediləcək. Lent.az-ın məlumatına görə, yubiley gecəsi noyabrın 24-də Dövlət Musiqili Teatrda keçiriləcək. Tədbirin rejissoru Cavid İmamverdiyevdir. Yubiley gecəsində N. Zeynalovanın yaxınları, sənət dostları, vaxti ilə onunla birlikdə çalışan həmkraları – xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, əməkdar artistlər Novruz Qartal, Çingiz Əhmədov, Ələkbər Əliyev və başqaları iştirak edəcək.

Dövlət Musiqili Teatrının direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev bildirib ki, N. Zeynalovanın 100 illik yubiley tədbirilərinin yüksək səviyyədə keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sərəncam imzalayıb. Yubiley tədbirləri çərçivəsində Dövlət Teatr Muzeyi tərəfindən hazırlanmış N. Zeynalovanın yaradıcılıq yolunu əks etdirən sərgi, aktrisanın iştirakı ilə çəkilən bədii filmlərin “Nizami” Kino Mərkəzində nümayişi və sənətkarın həyat və teatrşünas İlham Rəhimlinin gülüş ustasının yaradıcılığına həsr olunmuş kitab və foto-albomun nəşr edilməsi nəzərdə tutulur.

Xatırladaq ki, Nəsibə Cahangir qızı Zeynalova 20 aprel 1916-cı ildə Bakı şəhərində anadan olub. Əslən Bakılı olan atası Kərbəlayi Cahangir dövrünün tanınmış tacirlərindən və Azərbaycan teatrının ilk aktyorlarından biri olub. İki yaşında ikən atasını itirən Nəsibə Zeynalova onun yolunu davam elətdirərək aktyorluq peşəsini seçib və Azərbaycan teatr və kino sənətinin layiqli nümayəndələrindən biri kimi şöhrət qazanıb. Aktirsanın müxtəlif səhnə əsərlərində və filmlərdə yaratdığı bənzərsiz obrazlar onun adını Azərbaycan mədəniyyət tarixinə qızıl hərflərlə həkk edib. Nəsibə Zeynalova 10 mart 2004-cü il tarixində Bakıda vəfat edib.

0
7