"Sınıq Körpü" gömrük postu gücləndirilmiş iş rejiminə keçdi

"Sınıq Körpü" gömrük postu gücləndirilmiş iş rejiminə keçdi

Gürcüstan Respublikası ilə  Rusiya Federasiyası  arasındakı  magistral yolda əlverişsiz  hava şəraiti ilə əlaqədar yük nəqliyyat vasitələrinin və avtobusların hərəkəti qadağan edilib.

Lent.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə, Gürcüstan ərazisindən keçərək  Rusiya  Federasiyasına gedən bu qəbildən avtomobillərin təyinat nöqtələrinə çatmaq üçün Azərbaycan ərazisindən keçəcəyi və müəyyən sıxlığın yaranacağı ehtimalını nəzərə alaraq Tovuz Gömrük İdarəsinin  Gürcüstan Respublikası ilə sərhəddə yerləşən “Sınıq Körpü” gömrük postu qabaqlayıcı tədbir kimi gücləndirilmiş iş rejiminə keçib.

Hələlik gömrük postunda heç bir sıxlıq müşahidə olunmur.

0
5