Sarkisyan: Rusiyanın yeni hərbi bazaları Ermənistana lazım deyil

Sarkisyan: Rusiyanın yeni hərbi bazaları Ermənistana lazım deyil

Ermənistan prezidenti Serj Sarkisyan bəyan edib ki, respublika ərazisində Rusiyanın yeni hərbi bazalarının yaradılmasına ehtiyac yoxdur.

Oxu.Az xəbər verir ki, bu bəyanatı o, “Rossiya seqodnya” (“Rusiya bu gün”) BİA-nın baş direktoru Dmitri Kiselyova verdiyi müsahibəsində bildirib.

“Düşünürəm ki, buna ehtiyac yoxdur, çünki hərbi baza tələb olunan bütün elementləri özündə birləşdirmək imkanına malikdir. Ona görə də kiçik Ermənistanda bir hərbi baza yetərlidir, sadəcə, bu bazaya hərbi güc vermək lazımdır”, - o deyib.

Daha öncə Rusiya prezidenti Vladimir Putin Rusiya və Ermənistan qoşunlarının birləşmiş qruplaşmasının yaradılması haqqında sazişi təsdiqləyən sərəncam imzalamışdı.

N.O.

0
8