Sarkisyan: “İskəndər”lərin Ermənistanda yerləşdirilməsi məcbur qalınmış tədbirdir

Sarkisyan: “İskəndər”lərin Ermənistanda yerləşdirilməsi məcbur qalınmış tədbirdir

Ermənistan ərzisində “İskədər” raket komplekslərinin yerləşdirilməsi məcbur qalınmış tədbir idi.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Serj Sarkisyan “Rossiya seqodnya” (“Rusiya bu gün”) BİA-nın baş direktoru Dmitri Kiselyova verdiyi müsahibəsində bildirib.

“Düşünürəm ki, bu, regionda hərbi vəziyyəti sabitləşdirmək üçün məcbur qalınmış tədbirdir”, - Sarkisyan izah edib.

Prezident qeyd edib ki, Azərbaycan bir neçə il ərzində müntəzəm olaraq yeni silahlar alırdı, amma Ermənistan belə maliyyə imkanlarına malik deyildir, buna qarşı “İskəndər” kompleksləri yerləşdirildi.

O vurğulayıb ki, Yerevanın Rusiya ilə regionda qüvvələrin sabitliyinin qorunmasına dair müqaviləsi var.

“İskəndər” raket kompleksləri ilk dəfə sentyabrın 21-də Ermənistanın müstəqilliyinin 25 illiyinə həsr edilmiş hərbi paradda nümayiş edilmişdi.

N.O.

0
5