Poroşenko Saakaşvilini vətəndaşlıqdan məhrum edəcək

Poroşenko Saakaşvilini vətəndaşlıqdan məhrum edəcək

Odessanın sabiq qubernatoru Mixail Saakaşvili bəyan edib ki, Ukrayna prezidenti Petr Poroşenko onu məhkəmənin qərarı ilə Ukrayna vətəndaşlığından məhrum etmək niyyətindədir.

Oxu.Az İnterfaks-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın sabiq prezidenti “Facebook” səhifəsində “çox yaxşı məlumatlandırılmış mənbəyə” əsasən bildirib.

Saakaşvilinin məlumatına görə, prezident bu məsələni Ali Radada Petr Poroşenko bloku fraksiyası rəhbərinin müavini İqor Kononenkoya və Saakaşvilinin “prezident administrasiyasında korrupsiya piramidasında məhkəmə işlərinin qeyri-rəsmi kuratoru” adlandırdığı Radanın Hüquqi siyasət və ədalət məhkəməsi məsələləri üzrə komitənin üzvü Aleksandr Qranovskiyə tapşırıb.

“Beynəlxalq hüquq və Ukrayna qanunvericiliyi başqa vətəndaşlığı olmadığı halda, ölkə vətəndaşlarını vətəndaşlıqdan məhrum etməyə icazə vermir. Çox heyif ki, prezident belə aşkar banditlərin xidmət etməklə yanaşı, onların məsləhətlərinə də qulaq asır”, - Saakaşvili əlavə edib.

N.O.

0
6