Vahe Avetyan İlham Əliyevə təşəkkürünü bildirib

Vahe Avetyan İlham Əliyevə təşəkkürünü bildirib

Erməni fəalı və hüquq müdafiəçisi Vahe Avetyan “Facebook” səhifəsində Azərbaycan prezidenti İlham Əliyevə məktubla müraciət edib.

Oxu.Az xəbər verir ki, öz məktubunda Vahe Avetyan Azərbaycan başçısına təşəkkürünü bildirib.

“Azərbaycan Respublikasının prezidenti, cənab İlham Əliyevə,

Qardaş Azərbaycan Respublikasının hörmətli prezidenti, rəhbərlik etdiyiniz ölkədə isti qarşılanma, anlayış, müdrüklük, dözümlülük üçün təşəkkür edirəm.

Mən Azərbaycan xalqı ilə dərin mənəvi əlaqələr, bədbəxtliklərdə həmrəylik, uğurlarda sevinc və erməni müqəddəslərinin, kilsənin, Bibliyanın və digər dəyərlərin qorunub-saxlanmasına görə təşəkkür hissi keçirirəm.

Mən sizdən mənə Azərbaycan Respublikasının mənəvi vətəndaşlığını verməyinizi xahiş edirəm”.

A.M.

0
4