“Samsung” keçirdiyi müsabiqənin qaliblərini təbrik edib – FOTO

“Samsung” keçirdiyi müsabiqənin qaliblərini təbrik edib – FOTO

Noyabrın 12-də “28 Mall” ticarət mərkəzində “Samsung” şirkətinin hədiyyəli müsabiqəsi və qaliblərinin təntənəli təltifetmə mərasimi baş tutub.

Xatırladaq ki, noyabrın 1-dən 12-dək “28 Mall” ticarət və əyləncə mərkəzinin qonaqları “Samsung”dan hədiyyələr qazanma şansı əldə edə bilərdilər.

Aksiyanın qalibləri aşağıda adları yazılan şəxslər olub:

3-cü yer: Sahib Mürsəlov. “Samsung”dan mikrodalğalı soba ilə mükafatlandırılıb.

2-ci yer: Yusifzadə Günay. “Samsung”dan vakuum tozsoranı ilə mükafatlandırılıb.

1-ci yer: Esmiralda Əliyeva. “Samsung” şirkətindən yeni nəsil “AddWash” paltaryuyan maşını ilə mükafatlandırılıb.

“Samsung” qalibləri təbrik edir və müsabiqədə iştirak etmiş hər kəsə öz minnətdarlığını bildirir. Ümid edirik ki, şirkətimiz texnika sahəsində yenilikləri və innovasiyaları ilə hər zaman olduğu kimi, evlərinizdə rahatlığın yaradılmasına kömək olacaq.

U.A.

0
7