Daha bir İŞİD lideri öldürüldü

Daha bir İŞİD lideri öldürüldü

Suriyada İŞİD liderlərindən biri məhv edilib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İŞİD-ə qarşı beynəlxalq  koalisiyanın nümayəndəsi, polkovnik Con Dorrian bəyan edib.

“Noyabrın 12-də Suriyanın Rakka şəhərində endirilən hava zərbəsi nəticəsində İŞİD terror təşkilatının Yaxın Şərq şəbəkəsinin əmiri, İraq vətəndaşı Abdal Bəsit əl-İraqi” məhv edilib”, deyə C.Dorrian bildirib.

0
7