MN: Biz yalnız düşmənin atəş nöqtələrinə zərbələr endiririk

MN: Biz yalnız düşmənin atəş nöqtələrinə zərbələr endiririk

“Şəkillər və videolar saxtadır”.

Azərbaycan Müdafiə Nazirliyi erməni tərəfinin yaydığı videogörüntüyə münasibət bildirib.

Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumatda bildirilir ki, videogörüntü xüsusi effektlərlə hazırlanıb:

“Dərin analiz etmədən videonun qurama olduğu görünür. Bir daha bəyan edirik ki, Azərbaycan tərəfi ancaq qarşı tərəfin təxribatlarına cavab olaraq düşmənin atəş nöqtələrinə cavab zərbələri endirir. Ermənilərin yaydığı şəkillər və videolar saxtadır, dezinformasiya xarakteri daşıyır”.

0
6