Moskva neft satışında dollardan imtina edəcək

Moskva neft satışında dollardan imtina edəcək

Rusiya öz fyuçers müqaviləsini buraxmağa hazırlaşır.

Rusiya gəlirlərin artırılması əsas ixrac malı – Urals neft üçün öz fyuçers müqaviləsini buraxmağa və neftə dair hesablarda dollardan imtina etməyə hazırlaşır.

Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. 

Fyuçers sahəsi Sankt-Peterburqda beynəlxalq əmtəə-xammal birjasında yaradılır. Birja hazırda xarici treydinq şirkətləri ilə danışıqlar aparır. 

Şəxsi fyuçers bazarının buraxılması Rusiyaya Urals-ın qiymət yaratma mexanizmini yaxşılaşdırmaq, yerli şirkətlərə isə əlavə gəlir əldə etmək imkanı verəcək. 

0
8