“Bank Standard”da qaytarılmayan əmanətlərin – MƏBLƏĞİ

“Bank Standard”da qaytarılmayan əmanətlərin – MƏBLƏĞİ

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) “Bank Standard” QSC-nin qorunan əmanətçilərinə 404 milyon 535 min manat kompensasiya ödəyib.

Oxu.Az Fonda istinadən xəbər verir ki, bununla da bankın qorunan əmanətçilərinə qaytarılmayan əmanətlərin həcmi 55 min 465 min manat olub.

Qeyd edək ki, bankda kompensasiya olunmalı cəmi əmanətlərin həcmi 460 milyon manatdır.

Xatırladaq ki, bu il lisenziyası ləğv edilən 10 kommersiya bankının qorunan əmanətçilərinə isə ümumilikdə 690 milyon 885 min manat ödənilib.

U.A.

0
5