Türkiyəni idarə edən 100 ailə – FOTO

Türkiyəni idarə edən 100 ailə – FOTO

“Ecomonist” jurnalı Türkiyənin “Ən zəngin 100” ailəsini müəyyənləşdirib.

Oxu.Az Publika.az-a istinadən xəbər verir ki, Türkiyədə dolların qiymətinin yüksəlməsi zənginlərə ciddi təsir edib.

Koç ailəsi, Şahenk ailəsi və Sevket Sabancının ailəsi ilk üçlükdəki yerlərini qoruyublar. Erol Sabancı və Türkan Sabancı ailələri siyahıda onlardan sonra qərarlaşıb.

FETÖ-ya görə həbs olunan Boydaklar Nakipoğulları isə siyahıdan çıxıb.

İlk onluq belədir:

1. Koç ailəsi

2. Şahenk ailəsi

3. Sevket Sabancı və ailəsi

4. Erol Sabancı və ailəsi

5. Türkan Sabancı və ailəsi

6. Murat Ülker

7. Özokur ailəsi

8. Tara ailəsi

9. Eczacıbaşı ailəsi

10. Yazıcı ailəsi

Bunlarla yanaşı, 90 ailə də ən zənginlər arasındadır. Bu ailələrin Türkiyə iqtisadiyyatını idarə etdiyi deyilir.

A.M.

0
7