Dağlıq Qarabağda “yeni ada” dair referendum keçiriləcək

Dağlıq Qarabağda “yeni ada” dair referendum keçiriləcək

Qondarma “Dağlıq Qarabağ Respublikası”nda (DQR) adının “Artsax respublikası”na dəyişdirilməsini nəzərdə tutan yeni konstitusiyanın layihəsi müzakirə edilir.

Oxu.Az xəbər verir ki, layihənin ictimai müzakirəsinin noyabrın 20-nə bitirilməsi, daha sonra isə onun referenduma çıxarılması nəzərdə tutulub.

Parlamentin spikeri Aşot Qulyanın sözlərinə görə, qondarma “DQR”-in konstitusiyasında prezident idarə formasının mərkəzləşdirilməsi nəzərdə tutulur.

2006-cı ildə qəbul edilmiş konstitusiyaya görə, hazırkı idarə forması yarımprezident formasıdır.

Hər iki konstitusiya Dağlıq Qarabağ və Artsax adlarının istifadəsinə yol verir. Cari konstitusiyadan fərqli olaraq yeni konstitusiyanın layihəsində birinci bənddə “Artsax respublikası” yazılıb.

DQR konstitusiyasının dəyişdirilməsi barədə Ermənistanda hakimiyyət formasının dəyişdirilməsi prosesindən bir qədər əvvəl danışmağa başladılar.

Ermənistan konstitusiyasının dəyişdirilməsi üzrə kampaniya kütləvi etiraz aksiyaları ilə müşayiət edilirdi. Müxalifət nəticələrin saxtalaşdırılmasında ittiham edərək konstitusiyanın dəyişdirilməsinin məqsədi Serj Sarkisyanın hakimiyyətinin müddətinin uzadılması olduğunu iddia edib.

Yeni konstitusiya öna öz hakimiyyətinin parlament sədri, baş nazir və Ermənistan Respublikası partiyasının rəhbəri vəzifəsində öz hakimiyyətini qoruyub-saxlamaq imkanı verəcək.

N.О.

0
5