Dövlət “Gəncə Avtomobil Zavod”unu satır

Dövlət “Gəncə Avtomobil Zavod”unu satır

“Gəncə Avtomobil Zavod”u özəlləşdirməyə çıxarılıb.

Oxu.Az “Marja”ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin müvafiq qərarında nəzərdə tutulub.

Qərara görə, zavod səhmdar cəmiyyət kimi investisiya müsabiqəsi yolu ilə özəlləşdiriləcək.

Qeyd edək ki, hazırda fəaliyyətini dayandırmış və ya qismən davam etdirən müəssisələrdən fərqli olaraq “Gəncə Avtomobil Zavod”u fəaliyyətdədir və ölkə daxilində və xaricə ixrac üçün avtomobil və traktorlar istehsal edir.

U.A.

0
6