Məmmədyarov Parisdə Qarabağ münaqişəsini müzakirə edəcək

Məmmədyarov Parisdə Qarabağ münaqişəsini müzakirə edəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sabah Fransaya işgüzar səfər edəcək.

Oxu.Az-ın Trend-ə istinadən verdiyi məlumata görə, nazir Parisdə fransalı həmkarı Jan-Mark Ero ilə görüşəcək.

Görüş zamanı ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq.

Danışıqlar zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları nəzərdən keçiriləcək.

E.Məmmədyarov Fransaya hazırda səfərdə olduğu Portuqaliyadan yola düşəcək.

N.О.

0
7