Bakıda avtobus qəzası: Yaralının bacısı sürücünü döydü

Bakıda avtobus qəzası: Yaralının bacısı sürücünü döydü

Bakıda piyadanı vuran avtobus sürücüsü xəsarət alan şəxsin bacısı tərəfindən döyülüb.

Oxu.Az-ın Report-a istinadən xəbərinə görə, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində baş verib.

Belə ki, qəsəbədə 166 nömrəli marşut xətti üzrə hərəkət edən 10 TV 551 dövlət qeydiyyat nişanlı avtobus yolu keçmək istəyən 40 yaşlı Əhmədov Vüqar Əhməd oğlunu vurub. Hadisədən xəbər tutan V.Əhmədovun bacısı hadisə yerinə gələrək təqsirkar hesab etdiyi avtobus sürücüsünü döyüb.

Ağır xəsarət alan V.Əhmədov 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Xəsarət alan şəxsin bacısının dediyinə görə, sözügedən avtobus normadan artıq sürətlə hərəkət edib.

Faktla bağlı araşdırma aparılır.

E.Ə.

0
8