Rusiya və Türkiyənin baş nazirlərinin görüşünün tarixi məlum oldu

Rusiya və Türkiyənin baş nazirlərinin görüşünün tarixi məlum oldu

Rusiyanın baş naziri Dmitri Medvedev və türk həmkarı Binəli Yıldırım dekabrın 6-da Moskvada ikitərəfli münasibətləri müzakirə edəcəklər.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

“Dmitri Medvedev 2016-cı ilin dekabrın 6-da Rusiyada işgüzar səfərdə olacaq Türkiyənin baş naziri Binəli Yıldırım ilə görüş keçirəcək”, - məlumatda deyilir.

Görüşdə hökumət başçılarının iqtisadi-ticarət və investisiya sahəsində qarşılıqlı fəaliyyəti vurğulayaraq Rusiya-Türkiyə münasibətlərinin əsas məsələlərini nəzərdən keçirəcəklər, energetika, sənaye, nəqliyyat və digər sahələrdə müştərək layihələri müzakirə edəcəkləri də bildirilib.

N.O.

0
7