Gömrükdə əməliyyat: 9200 ədəd siqaret aşkarlandı - FOTO

Gömrükdə əməliyyat: 9200 ədəd siqaret aşkarlandı - FOTO

Siqaretlər Belarusiya aksiz markası ilə markalanıb.

Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən Rusiyadan gələn Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə “Samur” gömrük postunun gömrük nəzarəti zonasında baxış keçirilib. 

Bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) Oxu.Az-a bildirilib. 

Məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin yük hissəsinin sağ və sol iç üzlüklərinin arxasındakı boşluqlardan,  ehtiyyat təkərin altından və salonun ön oturacağının arxa üzlüyünün içərisindən gömrük nəzarətindən gizlədilən Belarusiyanın aksiz markası ilə markalanmış 9200 ədəd siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

0
13