Tanınmış müğənni boşandığını açıqladı:6 illik evlilik bitdi

Tanınmış müğənni boşandığını açıqladı:6 illik evlilik bitdi

Türkiyənin tanınmış müğənnisi Gökhan Özen boşanıb. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, ifaçı 6 illik həyat yoldaşı Selen Sevigendən boşandığını bildirib. Cütlük bununla bağlı açıqlama da yayıb:


"... Kədərlənərək bildiririk ki, ortaq qərar nəticəsində evliliyimizi bitirdik. Müqəddəs bildiyimiz və gözlər önündə yaşamağı istəmədiyimiz ailə həyatımıza və onun məhrəmiyyətinə hörmət göstərənlərə təşəkkür edirik...".

Qeyd edək ki, cütlüyün bu evlilikdən iki uşağı var.

0
9