Sibel Can məhkəmənin qərarı ilə yaşını azaltdı

Sibel Can məhkəmənin qərarı ilə yaşını azaltdı

İllər əvvəl səhnəyə çıxa bilməsi üçün atası Engin Cangürenin məhkəmənin qərarı ilə yaşını 6 yaş böyütdüyü Sibel Can 32 il sonra yenə məhkəmə qərarı ilə yaşını azaldıb.

Oxu.Az-ın Hürriyet-ə istinadla xəbərinə görə, doğum şəhadətnaməsində təvəllüdü 1964-cü il kimi qeyd olunan Sibel Can, əslində, 1970-ci il doğum tarixli olduğunu ifadə edərək yaşının azaldılmasını istəmişdi.

İstanbul Asliye Hüquq Məhkəməsində təxminən 1 ildir davam edən prosesdə ötən gün qərar verilib. Məhkəmə prosesinə qatılmayan ifaçını vəkili təmsil edib.

Məhkəmə Sibel Canın doğum tarixinin 1 avqust 1970-ci il olaraq düzəldilməsinə qərar verib.

Aytən Sadıqzadə

0
8