“Expressbank”dan “Zolotaya Korona” müştəriləri üçün daha əlverişli təklif

“Expressbank”dan “Zolotaya Korona” müştəriləri üçün daha əlverişli təklif

Bildiyiniz kimi, müxtəlif təcili pul köçürmə sistemləri üzərindən sürətli və rahat xidmətləri ilə seçilən “Expressbank” 2013-cü ildən etibarən “Zolotaya Korona” pul köçürmələri sistemi üzrə xidmətlər təqdim edir.

Dünyada 50 minədək xidmət nöqtəsi olan “Zolotaya Korona” bu gün “Expressbank” müştərilərinin ən sevimli pul köçürmə vasitələrindən biridir.

Məhz bu səbəbdən müştərilərin maraqlarını nəzərə alaraq, “Expressbank” “Zolotaya Korona” pul köçürmələri sistemi ilə birlikdə xüsusi tarif əsasında yeni aksiya təqdim edir.

Bu gündən etibarən “Zolotaya Korona” pul köçürmələri sistemi ilə “Expressbank” vasitəsi ilə pul göndərən müştərilər xüsusi endirilmiş tariflə xidmət olunacaqlar.

Belə ki, Rusiya, Belarus, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Moldova ölkələrinə pul göndərən “Expressbank” müştəriləri bu əməliyyat üçün 0,8%-dən başlayan tariflərlə komissiya ödəyəcəklər. Pul köçürmələri ABŞ dolları, rubl və avro valyuta növlərində göndərilə bilər. Aksiya 28 fevral 2017-ci ilədək davam edəcək.

Ümumiyyətlə, “Expressbank”la təcili pul köçürmələri xidmətləri çox sərfəlidir. Belə ki, sərfəli tariflər, yüksək xidmət və əməliyyatların operativliyindən əlavə, “Expressbank”ın müştəriləri pul göndərərkən və ya pul alarkən “Pul Kart” vasitəsi ilə qazanırlar.

“Pul Kart” müştərilərə pulsuz hədiyyə edilir və hər təcili pul köçürməsi zamanı məbləğdən asılı olaraq müştərinin kartına pul şəklində bonuslar hesablanır. Müştərilər nəinki bu vəsaiti ATM-lər vasitəsi ilə nağdlaşdırır, hətta öz vəsaitlərini də “Pul Kart”a yerləşdirə bilirlər.

“Expressbank”ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS-terminal və 500-dən artıq “ExpressPay” ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya Bankın rəsmi “Facebook” səhifəsinə www.facebook.com/Expressbank daxil olaraq əldə edə bilərsiniz.

U.A.

0
6