Bakıda 16 yaşlı yeniyetmə yoxa çıxdı – FOTO

Bakıda 16 yaşlı yeniyetmə yoxa çıxdı – FOTO

Bakıda 16 yaşlı oğlan itkin düşüb.

Oxu.Az qafqazinfo-ya istinadən bildirir ki, Əliyev Mövsüm Məmmədəli oğlu ötən gün səhər saatlarında Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 6 ünvanında yerləşən evdən çıxıb və geri qayıtmayıb.

Mövsüm Əliyevin boyu 1 metr 45 sm, gözlərinin rəngi qəhvəyidir. Evdən çıxarkən əynində qara “Adidas” gödəkçə, cins şalvar və idman ayaqqabısı olub.

Adıçəkilən oğlanı görənlərdən (012) 374-40-27 şəhər nömrəsi və ya (051) 623-06-74 mobil nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.

A.M.

0
4